Abdullah Gülün tələbi

0
609

Türkiyənin 10-cu prezidenti Abdullah Gül Misirin sabiq prezidenti Məhəməd Mursi barəsində verilən edam hökmünü kəskin pisləyib.

Gül sosial şəbəkədəki şəxsi səhifəsində bu prosesin dərhal dayandırılmasını tələb edib.

Sabiq prezident ərəb, ingilis və türk dillərində yazdığı ismarışda bildirib ki, həyata keçiriləcəyi təqdirdə bu edam Misirin gələcəyini qaraldacaq.

“Prezident Mursi və yoldaşları barəsində verilən edam hökmü Misirin gələcəyini qaraldacaq. Hələlik vaxt var ikən bu təhlükəli proses dayandırılmalıdır. Bunu Misirin həqiqi bir dostu kimi deyirəm”.

Qeyd edək ki, Abdullah Gülün hərbi dövlət çevrilişi yoluyla hakimiyyətdən uzaqlaşdırılan Məhəmməd Mursi barsində “prezident” yazması da diqqətdən yayınmayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here