Abadlıq işləri davam etdirilir

77

Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin Təmir-Tikinti, Mənzil Bağlar Kommunal Xidməti, Sel-Su Kanallarının və Yeraltı Sel Sularından Mühafizə Quyularının İstismarı Sahələrinin canlı qüvvəsi və texnikası vasitəsilə abadlıq-quruculuq işləri çərçivəsində şəhərin prospekt və küçələrində, park və xiyabanlarında, sel-su kanallarında mövsümü işlər davam edir. Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin Mətbuat xidmətindən verilən məlumata görə, davam edən quruculuq və abadlıq işləri çərçivəsində Mingəçevir şəhəri ərazisində,

-Samux və Energetik küçəsindən keçən sel-su kanalının içi və ətrafı qamışdan və otlardan təmizlənməsi;

-Samux və Energetik küçələrində abadlıq və təmizlik işləri;

-Günəşli Bağlar yaşayış massivində şəbəkəli sel-su xətləri yeraltı mühafizə quyularının təkmilləşdirilmiş formada quraşdırılması;

-Şəhidlər Xiyabanı ərazisində 31 Mart Azərbaycanlıların “Soyqırımı Abidə” Kompleksinin əsaslı təmir edilməsi, piyadalar üçün nəzərdə tutulmuş yolda tamet daş örtüyünün döşənməsi, sinə daşlarının yuyulması, kənardan gətirilmiş münbit torpağın əraziyə səpilməsi, ağacların budanması və ərazidən texnika ilə daşınması işləri davam etdirilir.

Qeyd edək ki, işlərin getdiyi əraziyə MKTİB-nin rəis müavini Cavanşir Əhmədov, baş mühəndisi Yaşar Məmmədov, sahə rəisləri Yasəf Hidanov, Polad Dəmirov, Hüseynov Fəxrəddin, mühəndis Mənsur Quliyev nəzarət edir.

Esmira Hidayətova, Mingəçevir