Abadıq-quruculuq işləri davam etdiriləcək

179

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu gün sakinlərlə növbəti səyyar görüş keçirib. Səyyar görüş şəhərin V.Abdullayev 7, 8 ünvanında yerləşən binanın sakinləri ilə olub. Başçı əvvəlcə şəhərdə görülən işlərlə bağlı məlumat verərək sakinlərə bildirib ki, bu görüşlər ölkə Prezidentinin tapşırığına əsasən keçirilir və  məqsəd sizlərin problemlərini dinləmək, qaldırılan problemlərin həllinə köməklik göstərməkdən ibarətdir. Başçı ölkəmizin mühüm naliyyətlərə imza atdığını bir daha nəzərə çatdırıb. Daha sonra şəhərdə görülən işləri sakinlərin diqqətinə çatdırıb. Bildirib ki, Mingəçevirdə son illər iri infrasruktur layihələr həyəta keçirilib, içməli su xətti yenidən çəkildi, mingəçevirliləri daha çox narahat edən kanalizasiya xəttinin çəklişi davam etdirilir və bu işlər 50%-ə yaxınlaşıb, işlər hal-hazırda   şəhərin N.Nərimanov, A.Məmmədov,Təbriz küçələrində gedir, qaz təminatı şəhərdə 98-97 % yerinə yetirilib, elektirik enerjisi ilə 100% təminat var, yollar asfaltlanır, məhəllələr abadlaşır, istirahət güşələri yaradılır, yaşıllıqların qorunması üçün texniki su xətləri çəkilir. Bir sözlə, şəhərin inkişafı üçün ölkə Prezidentinin tapşırığına əsasən bu işlər durmadan davam etdirilir.

Sakinlər növbə ilə onları narahat edən problemləri dilə gətiriblər. Sakinlər şəhərdə aparılan quruculuq-abadlıq işlərinə görə minnətdarlıq bildiriblər. Yaşıllaşmanın müdiri Əli Ağamirovun bu işlərdə daha çox əməyi olduğunu deyiblər. Şəhər sakini Rəfiyev Rəfi bina sakinləri adından çıxış edərək qeyd edib ki, onları narahat edən problemlərdən biri yollarda asfaltlanmadan sonra lükların 1 metr dərinlikdə qalmasıdır. Bu da avtomobillərin hərəkətinə, uşaqların, qocaların hərəkətində çətinlik yaradır.

Digər çıxış edən sakinlər də  yaşadıqları binaların fasad hissələrinin və girişlərinin əsaslı təmirə ehtiyacı olduğunu dilə gətiriblər. İlham İsmayılov sakinlərə bildirib ki, ”bilirəm problemləriniz çoxdur, amma siz bunların bir qismini dediniz. Nəzərinizə çatdırım ki, bu gün” Azərsu “rəhbərliyi şəhərdə olub, onlarla söhbətimizin bir istiqaməti bu ərazilərdə yaranan problemlə bağlı olub.   “Azərsu”rəhbərliyi etiraf edib ki, Mingəçevirdə o vaxtı aparılan işlər nöqsanlarla görülüb. Bu gün də onun fəsadlarını insanlar yaşayır. Rəhbərlik bizə bu işlərin aradan qaldırılması üçün söz verib. Mingəçevirdə 466 çoxmərtəbəli yaşayış binası var, mən şəhərə rəhbər vəzifəyə təyin olunan vaxt 4 ilə yaxınlaşıb bu müddət ərzində 167 bina təmir olunub. O cümlədən bu il, 30 bina mənzil fondunun təmiri  hesabına, 18 bina Mənzil  Təmir Abadlaşdırma idarəsinin xətti ilə, 6 binada Az. Dress qəsəbəsindəki kombinatın xətti ilə təmir olunacaq.  Təbii ki, ayrılan vəsaitə uyğun”.

Esmira Hidayətova, Mingəçevir