98 il ötür

0
388

15 sentyabr  Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad olunmasından 98 il ötür. 

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün ağır vəziyyətdə olmasına rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın köməyinə gəldi. Müsəlman şərqinin ilk müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə yaradılan Qafqaz İslam Ordusu 2500 km yol qət edərək mübarizəyə qoşuldu. Onlar məqsədlərinə nail oldular. Osmanlı Türkiyəsi Nuru Paşanın komandanlığı altında 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Bakı bolşevik-erməni daşnaklarından azad edildi. Bu mübarizədə onminlərlə insan şəhidlik zirvəsinə yüksəldi. Onlardan 1336-ı Türkiyə vətəndaşı idi. İndi həmin tarixdən 98 il ötür.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.