Müəllimimiz… “çıxış yolunu” göstərdi

0
493

Professor Riçard Vitalis deyir: “Mən Amerikanın Kanzas ştatının kiçik bir qəsəbəsində dünyaya gəldim. Elə ibtidai məktəbi də orada oxudum. Məndən bir yaş böyük olsa da, böyük qardaşım da mənimlə oxuyurdu. 3-cü sinifdə oxuyanda məktəbin ən nadinc və ən tənbəl şagirdləri biz idik. Bir gün anam bizim vəziyyətimizi öyrənmək üçün məktəbə getdi. Təbii ki, bizim o vaxt məktəbdə vəziyyətimiz necə idisə, eləcə də öyrəndi. İndi isə bu vəziyyətdən bir çıxış yolu lazım idi. Və müəllimimiz anamıza bu “çıxış yolunu” göstərdi…

Axşam məktəbdən evə gəldik. Ancaq evdə televizoru görmədik. Anamız sanki bizi gözləyirmiş kimi dedi: “Bundan sonra televizora ayıracağınız vaxtı kitaba ayıracaqsınız. Buna görə də, sabah qəsəbənin kitabxanasına gedəcək və hərənizə bir kitab alacaqsınız. Sonra da həftənin sonuna qədər o kitabı oxuyacaqsınız. Həftənin sonunda isə o kitabı mənə danışacaqsınız. Əgər bu dediklərimə əməl etməsəniz, o gecəni samanlıqda yatacaqsınız.” Biz anamızın sözündə nə qədər ciddi olduğunu bilirdik. Ona görə də, o necə demişdisə, eləcə də elədik. Bəs bunun nəticəsi nə oldu bilirsinizmi? Cəmi bir ildən sonra böyük qardaşım məktəbin birincisi, mən isə məktəbin ikincisi olduq. Bu gün isə ikimiz də İndiana Universitetində beyin cərrahıyıq”.

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Uğurlar!..