19 saylı tam orta məktəbdə  Milli Dirçəliş Günü qeyd olunub

120

Mingəçevir 19 saylı tam orta məktəbdə  Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb, sonra məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva  qeyd edib ki,  Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub: “Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələri ilə bağlıdır. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlayıb. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır”.

O daha sonra deyib: “Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Məhz o gündən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur”.

 

Daha sonra  şagirdlərin bir-birindən maraqlı, rəngarəng çıxışları olub. Şagirdlər vətənə, dövlətimizə, şəhidlərimizə həsr olunan şeirlər və mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.Tədbirə məktəbin şəhid məzunlarının valideyinləri də dəvət olunmuşdu. Şəhid Səbuhi Məmmədovun  19 saylı məktəbdə təhsil alan övladlarına məktəb rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib. Tədbirdən sonra şəhidlərin ailə üzvləri şəhidlərin adlarına verilmiş sinif otaqlarına bvaxış keçirib,ş əhidlərin xatirəsinə yaradılan güşələrlə tanış olublar. Sonda şəhidlərin ruhuna ehsan süfrəsi verilib.

Esmira Hidayətova, Mingəçevir