9 şəhidin adı bir bulaqda əbədiləşdirildi

142

 

Bu gün Mingəçevirdə  həm Birinci Qarabağ, həm Vətən Müharibəsi şəhidlərinin adlarının əsəbiləşdirilməsi üçün tikilmiş xatirə bulağının açılış mərasimi keçirilib. Mərasimdə şəhidlərin müqəddəs ruhları bir dəqiqəlik sükütla yad edildikdən sonra dövlət himni səsləndirilib. Tədbir müqəddəs Qurani-Kərimin ayələri ilə açıq elan edilib. Mingəçevir şəhər məscidinin imamı Müşfiiq Nəcəfov çıxış edib.

 

Daha sonra Birinci Qarabağ savaşının şəhidi, batalyon komandiri Mustafayev Şaiq Nicat oğlunun adına  əbədiləşmiş xatirə lövhəsinin açılışı olub. Qeyd edək ki, Mustafayev Şaiq Nicat oğlu 1960-ci ilin dekabr ayının 7-də dünyaya göz açmışdır. Orta təhsilini Mingəçevir şəhərindəki 10 nömrəli məktəbdə almış Şaiq Nicat oğlu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universitetinin)  Muhasibat uçotu fakultəsinə daxil olmuşdur. Bu təhsil ocağını bitirdikdən sonra əsgərliyə getmiş, az müddət Bakıda işlədikdən sonra Rusiyaya getmişdir. O, 1986-ci ilin aprelində Çernobıl qəzası zamanı oraya könüllü getmişdir və bu faciənin fəsadlarının aradan qaldırılmasında iştirak etmişdir.

Şəhid Mustafayev Birinci Qarabağ savaşında  Şuşa, Füzuli, Ağdərə döyüşlərində iştirak etmişdir. Döyüşlərin birində onurğa sütunundan ciddi xəsarət almışdır. Ciddi xəsarətinin və çox ağrılarının olmasına baxmayaraq o, yenidən cəbhəyə yollanmışdır. Deyilənlərə görə, o, öz dəstəsi ilə birgə Ağdərə rayonunun Kasaped kəndinin (indiki Umudlu kəndi) sakinlərini mühasirədən çıxarmışdır. Özü isə snayper gülləsinə tuş gələrək 22.07.1992-ci ildə şəhid olmuşdur. Şəhidin cənazəsi böyük izdihamla Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 

Daha sonra Mustafayev Şaiq də olmaqla 9 şəhidin adına əbədiləşmiş xatirə bulağının da açılışı olub. Açılış mərasimlərindən sonra ürəkləri göz yaşı ilə dolu olan şəhid anaları çıxışlar ediblər. Şəhidlərin döyüş yoldaşları, qohumları, qazilər  öz xatirələrini bölüşüblər. Çıxış edənlər  şəhid övladları ilə qürur duyduqlarını vurğulayıblar. Tədbir iştirakçıları bu kimi xeyirxah işlərin təşkilatçısı Gülər Sadıqovaya və bulağın, divar lövhəsinin ərsəyə gəlməsində zəhməti olan insanlara təşəkkürlərini də bildiriblər.

Esmira Hidayətova, Mingəçevir