86 yaşlı Gülavər Aslanova pensiyasını Silahlı Qüvvələrin Yardım Fonduna köçürdü

0
118

Bu gün Sosial Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Xidmətlər Agentliyinin 15 saylı saylı Mingəçevir filialına müraciət edən Mingəçevir sakini,  86 yaşlı Gülavər Aslanova pensiyasının bir aylıq məbləğini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım fonduna ianə etmək istədiyini bildirib. Qurumun müdir əvəzi Zəfər Hacıyev bildirir ki, bizdə xidmətdə olan tənha qoca Gülavər Aslanova dəfələrlə müraciət edib ki, mən pensiyamın bir ayını orduya dəstək üçün köçürmək istəyirəm: ”Onun bu arzusunu reallaşdırmaq üçün bu gün  xanımın öz iştirakı ilə Beynəlxalq bank vasitəsi ilə 200 manat məbləğində vəsait köçürülüb”.

Gülavər Aslanova  deyir ki, hər gün şəhidlərin ruhuna dualar oxumamış yatmıram: “Öz övladım olmayıb, amma ordudakı bütün əsgərlər mənim övladlarımdır. Mən də istədim ki, onlara cüzi də olsa köməyim dəysin. Sağ olsun sosial xidmətlər agentliyinin əməkdaşları onlar mənə kömək etdilər, mən də bank vasitəsi ilə ianəni göndərdim. Ordumuza, Prezidentimizə dualarımı, salamlarımı çatdırıram”.

Esmira Hidayətova, Mingəçevir