86-cı mövsümə bölgələrdə yekun vuracaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyun ayının 29-da respublikamızın bölgələrinə qastrol səfərinə start verəcək. Hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan teatr növbəti yay məzuniyyətinə getməzdən əvvəl “Azərbaycan teatrlarının inkişafı haqqında” Respublika Prezidentinin təsdiq etdiyi “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq bölgələrimizdə yaşayan tamaşaçıların görüşünə gedəcək.

Yaradıcı heyət milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə iyun ayının 29-dan, iyul ayının 8-ə dək Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba. Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 86-cı teatr mövsümünə 2014-cü il iyulun 8-da Xaçmaz rayon Mədəniyyət sarayında yekun vuracaq.