73 yaşlı patefona maraq böyükdür

482

Nə elektirikə qoşulur, nə də hər hansı batareyaları var. Təbiətdə, evdə, bir sözlə, istənilən məkanda işə salıb musiqi dinləmək mümkündür. Görünüşü o qədərdə böyük olmasa da illər öncə istehsal edilən valları dilləndirir. Söhbət 73 il öncə istehsal edilən patefondan (xüsusi vallara yazılmış səsi təkrarlayan musiqi cihazı) gedir. Mingəçevir sakini Zaur Qəniyev maraqlı qurğunun ona babasından yadigar qaldığını deyir. Şəhər sakini patefonu işə salmaq üçün üzərində olan kiçik hissəni müəyyən qədər firladır. Bu zaman qədim qurğunun iynəsi valın oxumasına şərait yaradır. Zaur Qəniyev – patefonun sahibi bu cihaza gənclərin daha çox maraq göstərdiyini deyir. Dostlarla təbiət qoynunda dincələn zaman korifey sənətkarların musiqlərini dinləmək isə xüsusi zövq verir deyir. Zaur Qəniyev yadigar olan əşyaya 5 min manat təklif edənlərin, hətta onu digər qiymətli vasitələrlə dəyişmək istəyənlərin də olduğunu deyir.

 

Amma o, 73 yaşlı patefonu etibar edə biləcək adam hələ tapmadığı üçün onu satmır. Rusiyada istehsal edilən patefonla yanaşı Zaur Qəniyev 70-80 il öncə yazılan həm yerli, həm xarici müğənillərin ifaları olan valları da toplayıb.

Esmira Hidayətova, Mingəçevir