73 sərəncam, 2 min kilometr yeni avtomobil yolu…

Son illər respublikamızın avtomobil yollarının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Təkcə bir faktı xatırladaq ki, ötən il ölkə başçısı avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə 73 sərəncam imzalayıb. Nəticədə 2 min kilometr yeni avtomobil yolu çəkilib, 2,2 milyon insanın yol problemi həll olunub.

Aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edən Prezident İlham Əliyev deyib: “Yol inkişaf üçün əsas şərtlərdən biridir… Yəni, yol olan yerdə inkişaf da var”. Dövlətimizin başçısı bu istiqamətdə işlərin davam etdiriləcəyini də bəyan edib.

Prezident İlham Əliyev  cari ilin yanvar ayından bu günə qədər  yol infrastrukturu ilə bağlı 26 sərəncam imzalayıb. Həmin sərəncamlara əsasən, Qusar, Masallı, Şəmkir, Göycay, Daşkəsən, Şamaxı, Yevlax, İmişli, Lənkəran, Xızı, Ağdam, Tovuz, Goranboy, İsmayıllı, Kürdəmir, Balakən, Zərdab, Quba, Beyləqan, Qazax, eləcə də Bakının Pirallahı, Səbail, Suraxanı, Nərimanov, Sabunçu rayonlarında, həmçinin Sumqayıt şəhərində avtomobil yolları inşa olunacaq və yenidən qurulacaq. Şübhəsiz, yeni salınacaq yollar ölkəmizin inkişafına,  onun mədəni həyatına öz müsbət təsirini göstərəcək.

Ekspert Azər Allahverənov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, danılmaz faktdır ki, dövlətimiz yol infrastrukturunun inkişafına  xüsusi diqqət ayırır: “Bu, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Digər tərəfdən, çox strateji bir məkanda yerləşən ölkəmiz bu gün avtomobil yolları ilə də beynəlxalq müstəvidə irimiqyaslı yükdaşımaların həyata keçirilməsində bir dəhliz funksiyasını yerinə yetirir. Belə yüklərin təhlükəsiz formada daşınması vacibdir. Özü də yüksək tələblərə kifayət qədər cavab verən keyfiyyətli yollarımız var. Odur ki, təyinat yerinə daha tez və daha rahat şəkildə çatmaq mümkündür. Yeri gəlmişkən, onu da qeyd edim ki, ölkəmizdə həyata keçirilən belə layihələr beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Hətta bu sahədə bir çox inkişaf etmiş ölkələrdən də irəlidəyik”.

Ekspertin fikrincə, Azərbaycanın yolların keyfiyyəti indeksi üzrə belə nüfuz qazanması gözlənilən idi: “Çünki son zamanlar yol infrastrukturunun inkişafı istiqamətindən dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilərək vəziyyət müsbətə doğru dəyişib. Qeyd edim ki, Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP, TAP, Cənubi Qafqaz Boru Kəmərinin çəkilməsi, Şimal-Cənib, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ölkəmizin nəqliyyat potensialını gücləndirib,  eyni zamanda,  sosial-iqtisadi inkişafını daha da sürətləndirib”.

Azər Allahverənov, həmçinin vurğuladı ki, sevindirici haldır ki, ölkəmizin bütün ərazilərinin yolları müasir tələblərə cavab verir: “Son illər Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Şübhəsiz, bu da təqdirəlayiqdir. Yeri gəlmişkən, belə yollar bölgələrimizin sosial-iqtisadi, eləcə də turizm potensialını da gücləndirir. Məsələn, ötən ilin yayında istifadəyə verilmiş yeni Dəmirçi-Lahıc  avtomobil yolu turistlərin həm İsmayıllı, həm də Şamaxı rayonlarının turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin edib. Təbii ki, bütün bunlar həmin yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına da bir vəsilədir. Bu sözləri digər yollara da şamil etmək olar”.

Qvami Məhəbbətoğlu, “İki sahil” Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş

Bölmədən digər xəbərlər

Lənkəran-Lerik yolu yenidən qurulur 
 28 aprel 2019 10:29

“Badamlı” suyunun istehsalı artırılır 
 27 aprel 2019 21:21

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb 
 27 aprel 2019 16:25

Formula 1-ə gələn turistlərin hər biri ölkəmizə ən azı 1000 dollar gəlir gətirir 
 27 aprel 2019 15:24

Üç ayda 5700-dən çox müraciət 
 27 aprel 2019 13:11

Neftin qiyməti ucuzlaşır 
 27 aprel 2019 13:05

20 mindən çox abituriyent imtahan verib

Valtteri Bottas SOCAR Azərbaycan Qran Prisinin qalibi olub

Prezident xanımı ilə “Formula 1” yarışlarını izləyib

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi start götürüb

“Formula 1” tamaşaçılarını yeni sürprizlər gözləyirƏN ÇOX OXUNANALAR

“Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar”

Amerika hindularının türk olduğu RƏSMƏN TƏSDİQLƏNDİ

İzləyicidən Rozaya sual: Sinəndəki ləkə nədir? –  FOTO

Yalançının yeni ləqəbi: “araşdırmaçı jurnalist”

Prezident xanımı ilə “Formula 1”