56 rayondan yalnız 4-də teatr fəaliyyət göstərir

0
790

Dövlət Statistika Komitəsindən açıqlana son məlumata görə, Azərbaycanda cəmi 27 peşəkar teatr fəaliyyət göstərib.  Komitədən açıqlanan məlumata görə, bu teatrların 10-u Bakı şəhərində, 3-ü Naxçıvan Muxtar Respublikasında, digərləri isə ayrı-ayrı rayon və şəhərlərdə olub. Bakı şəhərində olan 10 teatrdan 6-sı Səbail rayonu ərazisində, 2-si Nəsimi, 2-si isə Yasamal rayonları ərazisində fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikasındakı 3 teatrın hər 3-ü 1-i Naxçıvan şəhərində olub.

Bunlarda başqa Gəncə şəhərində 2, Qazax rayonunda 1, Qax rayonunda 2, Şəki şəhərində 1, Lənkəran şəhərində 1, Qusar rayonunda 1, Mingəçevir şəhərində 1, Salyan rayonunda 1, Sumqayıt şəhərində isə 1 teatr fəaliyyət göstərir. Onu da qeyd edək ki, işğal altında olan Ağdam, Füzuli və Şuşa rayonlarına məxsus teatrlar hazırda müvafiq olaraq Bərdə rayonu, Sumqayıt və Bakı şəhərləri ərazisində fəaliyyət göstərir.

Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycandakı 56 kənd rayonu arasında teatr yalnız Qazax, Qax, Qusar və Salyan rayonlarında mövcud olub. Digər rayonlarda isə teatr mövcud olmayıb.

 

Dövlət Statistika Komitəsindən açıqlana son məlumata görə, Azərbaycanda cəmi 11 kinoteatr fəaliyyət göstərib. Bu kinoteatrların 9-u Bakı şəhərində, 2-si isə Naxçıvan Muxtar Respublikasında olub. Bakı şəhərində olan 9 kinoteatrın 5-i Nəsimi rayonu ərazisində, digər 4-ü isə Binəqədi, Xəzər, Səbail və Nizami rayonları ərazisində fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikasındakı 2 kinoteatrın 1-i Naxçıvan şəhərində, 1-i isə Şərur rayonunda olub. Nəticədə, Şərur rayonu Azərbaycanda kinoteatrın olduğu yeganə kənd rayonu olub. Açıqlanan rəsmi məlumata görə, digər şəhər və rayonlarda kinoteatrlar mövcud olmayıb.