Mingəçevirdə 12 noyabr – Konstitusiya gününə həsr olunmuş  konfrans keçirilib

76

 

Mingəçevir şəhər İcra Hakimiyyəti,  YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin (MDU) iştirakı ilə MDU-nun akt zalında  12 noyabr – Konstitusiya gününə həsr olunmuş  konfrans keçirilib. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, MDU rektoru Şahin Bayramov, universitetin professor-müəllim və tələbə heyəti, mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra   yığıncağı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçıs İlham İsmayılov çıxış edərək, Azərbaycanın Konstitusiya tarixindən geniş danışaraq bildirdi ki,  əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında, ötən əsrin 90–cı illərində dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün  zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Artıq 27 ildir Respublikamızda bu tarixi gün qeyd edilir.

Konfransda Şahin Bayramov çıxış edərək bu gün münasibəti ilə təbriklərini çatdırdıvə qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev çıxış edib. Daha  sonra  mövzu ətrafında geniş məruzələrlə MDU-nun müəllimləri Aygün Qədirova, Mirzə Cavadov, Üzeyr Zeynalov çıxışlarında dövlətimizin Konstitusiyada bizlərə göstərdiyi qayğısına cavab olaraq Konstitusiya qanunlarını təbliğ etməklə, qanunçuluğa rəayət edilməsi işinin təşkilində əllərindən gələni əsirgəməməli olduqlarını, dövlətçilik siyasətinin həyata keçirilməsində hər zaman olduğu kimi, yenə də Cənab Prezidentimizə dəstək olmaqla, vətəndaşlıq borclarını yerinə yetirəcəklərini bildiriblər.

Esmira Hidayətova, Mingəçevir