Qarabağda arxeoloji qazıntıların davam etdirilməsinə dair kompleks tədbirlər planı hazırlanıb

51

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda düşmənin dağıdıcı fəaliyyətinin nəticələrinin aradan qaldırılmasından sonra bu bölgədə uzun illər əvvəl dayandırılmış arxeoloji qazıntıların davam etdirilməsinə dair kompleks tədbirlər planı hazırlayıb.

İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov azərtac-a bildirib ki, hazırda elmi müəssisədə işğaldan azad olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması zəruri olan abidələrin geniş məlumat bazası hazırlanır. Professor Qarabağ ərazisində aşkarlanan tapıntıların taleyinə də aydınlıq gətirib: “Aşkar edilən bütün maddi-mədəniyyət nümunələrinin Bakıya gətirilməsi planlaşdırılmır. O tapıntıların bir hissəsi səma altında muzey şəklində bölgələrdə saxlanılacaq. Bu həm yerli, həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna səyahət edən və abidələrlə tanış olmaq istəyən turistlər üçün maraqlı olacaq”.