Mingəçevirdə səyyar görüşlər davam edir

83

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 1 nömrəli tam orta məktəbin akt zalında oldu. Şəhərin müxtəlif küçə və məhəllərindən gələn sakinlərin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşü açan Mİngəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərmanlarına əsasən 18 ildən bəri regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən, əsaslı tikintinin sürətlənməsindən, yeni infrastruktir layihələrin həyata keçirlməsindən danışdı. Qeyd etdi ki, Dövlət Proqramları çərçivəsində Mingəçevir şəhərində yollar asfaltlanıb, yaşayış binalarının dam örtükləri müasirləşdirilib, binaların fasad hissələri bərpa olunub, ümumi istifadə sahələri əsaslı təmir olunub. Yaradılan yeni park və istirahət sahələrində yaşıllıq zolaqlarının salınmasından, şəhərdə yaşıllığın suvarılması və qorunması üçün texniki su xətlərinin daxili imkanlar hesabına çəkilməsindən söz açan şəhər rəhbəri bu ilin sonuna qədər 50-dən artıq yaşayış binasında əsaslı təmir işlərinin başa çatdırılacağını bəyan etdi. Şəhərdə işıqlanma sisteminin müasirləşdirilməsindən danışan icra başçısı ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən sakinlərlə keçirilən bu görüşlərin əsas məqsədinin məhz vətəndaşların qarşılaşdıqları problem və çətinliklərn öyrənilməsi və həll edilməsidir. Məhz bu prinsipə əsasən şəhər sakinləri problemlərini bildirmək üçün bu görüşlərə üz tuturlar.

Şəhid bacısı Tahirə Həşimova Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən onun işinə araşdırılmamış xitam verilməsi ilə bağlı icra başçısına müraciət edib.  Daha sonra digər sakinlər  yaşayış binalarında  işıqlanmadan, zirzəmilərin antisanitar vəziyyət yaratmasından, şəhərin kanalizasiya sisteminin yarıtmaz fəalliyyətindən, binaların əsaslı təmirə ehtiyacı olduğundan, istilik sisteminin çəkilişinin geçikməsindən və digər şəxsi problemlərdən danışdılar.

Görüşə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin aradan qaldırılmasının diqqətdə saxlanılacağını bildirərək müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Esmira Hidayətova, Mingəçevir