“Qarabağ” “Neftçi”ni məğlub edib

53

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti qarşılaşması keçirilib.

Azərbaycan derbisində Ağdamın “Qarabağ” klubu “Azərsun Arena”da “Neftçi”ni qəbul edib.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Kadi Borges (57), Abdullah Zubir (68) və Kvabena Ovusu (74) fərqləniblər. “Ağ-qaralar”ın yeganə qolunu isə Eddi İsrafilov (24) vurub.

“Qarabağ” bu qələbə ilə vahid liderliyə yüksəlib. “Neftçi” isə 18 xalla ikinci yerdə qərarlaşıb.

Bu gün, həmçinin Tovuz şəhər stadionunda “Zirə” komandası “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı meydan sahibləri açıb. Natan Oduva 26-cı dəqiqədə fərqlənib. “Zirə”nin qollarını isə Coşqun Diniyev (33) və Hamidu Keyta (40, 47) vurublar.

Qeyd edək ki, turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

1 oktyabr (şənbə)

18:00. “Qarabağ” – “Neftçi” – 3:1 

Qollar: Eddi İsrafilov, 24 (0:1), Kadi Borqes, 56 (1:1), Abdullah Zubir, 67 (2:1), Ovusu Kvabena, 73  (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
“Azersun Arena”

15:30. “Turan Tovuz” – “Zirə” – 1:3

Qol: Natan Oduva, 26 (1:0), Coşqun Diniyev, 33 (1:1), Hamidu Keyta, 40 (1:2), 47 (1:3)
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

2 oktyabr (bazar)

15:30. “Şamaxı” – “Sabah”
Hakimlər:
 Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Şamaxı şəhər stadionu

18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər:
 Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
“Kapital Bank Arena”

30 sentyabr

19:00. “Səbail” – “Qəbələ” – 1:2

N Klublar O Q H M T-F X
1 Qarabağ 7 7 0 0 24-6 21
2 Neftçi 8 6 0 2 17-9 18
3 Sabah 7 5 1 1 16-7 16
4 Qəbələ 8 5 0 3 13-8 15
5 Zirə 8 4 1 3 12-16 13
6 Turan Tovuz 7 3 1 3 6-8 10
7 Səbail 8 1 2 5 8-12 5
8 Kəpəz 7 1 0 6 6-18 3
9 Sumqayıt 7 0 3 4 1-10 3
10 Şamaxı 7 0 2 5 4-13 2

 

Bombardirlər

Musa Qurbanlı (“Qarabağ”) – 7 qol
Ramil Şeydayev (“Qarabağ”) – 7 qol
Coy Lens Mikels (“Sabah”) – 5 qol
Runi Eva (“Turan Tovuz”) – 4 qol