Putin referendumların nəticələrinin müzakirə edilməyəcəyini bildirib

39

Rusiya Ukrayna ilə danışıqlara hazırdır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən mərasimdə bildirib.

Rusiya Prezidenti deyib ki, Moskva Kiyevi döyüş əməliyyatlarına dərhal son qoymağa və danışıqlar masası arxasına qayıtmağa çağırır. Eyni zamanda, V.Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə keçirilən referendumların nəticələrinin müzakirə edilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb. Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.