MDU-nun rektoru Şahin Bayramovun fikirləri maraqla qarşılanıb

66

Qırğız Respublikasının Təhsil və Elm Nazirliyinin və Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) birgə təşkilatçılığı ilə Bişkek şəhərində keçirilən Dünya Rektorlar Forumunda (World Rectors’ Forum) Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov  da iştirak edib

14-15 sentyabr tarixlərində baş tutacaq Forum “Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” (The role of universities in building a national innovation ecosystem) mövzusuna həsr olunub.

Foruma dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox rektor və ali təhsil mütəxəssisi qatılıb.

Forumun açılış mərasimində Qırğız Respublikasının Baş Naziri, WIPO-nun Baş Direktoru, Dünya Bankının məsul əməkdaşı, Qırğız Respublikasının Təhsil və Elm Naziri çıxış ediblər.

Forumun ilk günündə “İnnovasiyalar – iqtisadi artımın mühərrikidir” (Innovations – the engine of economic growth), “İnnovasiya siyasəti və idarəetmə” (Innovation policy and governance), “İnnovasiyalar və sosial təsir” (Innovations and social impact), “İnnovasiya ekosisteminin dayanıqlı inkişafının qurulması. Ən yaxşı təcrübə” (Building sustainable development of the innovation ecosystem. Best practice), “Ali təhsildə sahibkarlığın inkişafı” (Entrepreneurship development in higher education), “Akademik və sənaye müəssisələri arasında texnoloji transfer” (Technology transfer between the academia and industry) və “Startaplar və inkubasiya” (Startups & incubation) mövzularında panel sessiyalar baş tutub.

Şahin Bayramov “İnnovasiya ekosisteminin dayanıqlı inkişafının qurulması. Ən yaxşı təcrübə” adlı panel sessiyasında “Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası” (Building a New Age University: Main Concept for Innovative and Sustainable Higher Education Institution) mövzusunda təqdimat edib.

Dövlətimizin və tərəfdaşlarımızın dəstəyi ilə MDU-nun modernləşdirilməsi istiqamətində atılan addımlar, qarşıya qoyulan strateji hədəflər və həll etməli olduğumuz əsas çağırışlar barədə məlumatlar Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb: “Forum çərçivəsində Qırğız Respublikasının Təhsil və Elm Naziri hörmətli Almaz Beishenaliev, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri hörmətli Lətif Qəndilov və Qırğız İqtisad Universitetinin rektoru, dəyərli dostum Almaz Kadyraliev ilə görüşmək xoş olub”.

15 sentyabr tarixində Forum öz işini bölmə iclasları, Beynəlxalq Təhsil və Karyera Sərgisi, ikitərəfli görüşlər və digər fəaliyyətlərlə davam etdirəcək.

 

Esmira Hidayətova, Mingəçevir.