“Qarabağ” rəqibinə şans vermədi

32

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) – “Lex” (Polşa) oyunu Ağdam təmsilçisinin böyük üstünlüyü ilə başa çatıb.

İngiltərəli baş hakim Endryu Medli idarə etdiyi matçda Polşa təmsilçisi 1-ci dəqiqədə hesabı açıb. “Lex”in futbolçusu Kristoffer Velde komandasını hesabda önə çıxarıb. Matçın 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib – 1:1. 42-ci dəqiqədə Filip Ozobiç baxımlı qola imza atmaqla “Qarabağ”ı önə çıxarıb. matçın 56-cı dəqiqədə Kevin Medina fərqlənib; 4:1. Matçın 78-ci dəqiqəsində Abbas Hüseynov hesabı 5-ə çatdırıb.

Qeyd edək ki, Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub – 0:1.

Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
12 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa) – 5:1
Qollar: 
Kadi Borqes, 14, 74, Filip Ozobiç, 42, Kevin Medina, 56, Abbas Hüseynov, 77 – Kristoffer Velde, 1
Baş hakim: Endryu Medli (İngiltərə)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboko, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Srokaş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lyubomir Şatka
Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek, 11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinyo, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 90. Artur Sobieç
Baş məşqçi: Con van den Brom
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1