Qubanın əsas turizm marşrutları və gəzməli-görməli yerləri

92

Pandemiya ilə əlaqədar Azərbaycanın quru sərhədlərinin bağlı olması səbəbindən yerli turistlər daha çox bölgələrə üz tuturlar. İstirahət üçün seçilən rayonlar arasında Quba xüsusi yer tutur. Paytaxt Bakı ilə məsafənin yaxınlığı və geniş turizm imkanları bu bölgəni qonaqlar üçün daha cəlbedici edir.

azərtac-ın bölgə müxbiri Qubaya gələn turistlərin istirahət edə biləcəyi əsas turizm marşrutlarını və bu istiqamətlərdəki gəzməli-görməli yerləri araşdırıb.

Quba-Xınalıq turizm marşrutu

Qubaya gələn turistlərə 6 marşrut üzrə səyahət etmək təklif olunur. Bunlardan birincisi və ən populyarı Quba-Xınalıq turizm marşrutudur. Bu turizm marşrutunun ümumi uzunluğu 55 kilometrdir. Bu istiqamətdə səyahət edənlər Xınalıq kəndindəki dağ icmasının unikal mədəniyyəti, həyat tərzi ilə yaxından tanış ola bilərlər. Quba-Xınalıq turizm marşrutunun üzərində yerləşən və turistlər üçün diqqət çəkən yerlər:

• Cümə məscidi;

• Səkinəxanım məscidi;

• “Qədim Quba” xalçaçılıq müəssisəsi;

• Günbəzli hamam (Çuxur hamam);

• Hacı Cəfər məscidi;

• Ərdəbil məscidi;

• Quba Tarix-Diyarşünaslıq Muzeyi;

• Nizami parkı;

• 40 pilləkən;

• Tağlı körpü;

• Qırmızı qəsəbə;

• Quba Soyqırımı Memorial Kompleksi;

• Qəçrəş meşəsi;

• Minarə (Küsnətqazma kəndi);

• Qrız körpüsü;

• Xınalıq Tarix-Etnoqrafiya Muzeyi;

• Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;

• Əbu Müslim məscidi;

• Xınalıq Atəşgahı (xüsusi icazə ilə);

• Pirə Comərd türbə-məscidi;

• Xarıbülbül yüksəkliyi (2783m);

• Xınalıq–Qalaxudat dağ piyada cığırı;

• Pilləkənli dağ şəlaləsi (Gindir dahar).

Quba-Xanəgah turizm marşrutu

Quba-Xanəgah turizm marşrutunun ümumi uzunluğu 25 kilometrdir. Şahdağ Milli Parkının bir hissəsi Xanagah kəndinin ərazisinə düşür ki, bu da marşrutu unikallaşdırır. Şahdağ Milli parkının Xanagah kəndi ərazisinə düşən hissəsi füsunkar meşə, isti su bulağı, Xanagah şəlalələri, Çahacuk kanyonu kimi təbiət abidələrini özündə əks etdirir. Ərazidə dincəlmək, gəzinti (hiking) və piknik üçün xüsusi imkanlar var. Məşhur Girdah şəlaləsi Xanəgah kəndinə qonşu olan Girdah kəndində yerləşir. Bundan başqa, burada Söhüb qalası, Yeddilər dağı, Yeddilər qalası və Qaraçay kanyonu kimi tarixi və təbiət abidələri mövcuddur. Həmçinin “Quba Palace” hotelinin ərazisində yerləşən qolf meydançasının olması da bu marşrutu unikallaşdıran səbəblərdəndir.

Quba-Xanəgah turizm marşrutunun üzərində yerləşən və turistlər üçün diqqət çəkən yerlər:

• Azərbaycan Milli Qolf Klubu;

• I Nügədi kənd məscidi;

• Çənlibel gölü;

• A.Bakıxanovun ev muzeyi;

• Cümə məscidi (Püstəqasım kəndi);

• Xanəgah qəbiristanlığı;

• Şahdağ Milli Parkı;

• Girdah şəlaləsi;

• Xanəgah şəlalələri;

• Çahacuk kanyonu;

• Söhüb qalası;

• Yeddilər dağı;

• Yeddilər qalası;

• Qaraçay kanyonu.

Quba-Qrız turizm marşrutu

Quba-Qrız turizm marşrutunun ümumi uzunluğu 40 kilometrdir. Qafqaz Albaniyasının izlərini daşıyan Qrız kəndinin tarixi, mədəniyyəti və təbiət imkanları marşrutu unikal edir. Ekoturizmi təcrübə etmək üçün Qrız kəndi ən doğru seçimdir. Qrız şəlaləsinin xüsusilə qış ayında donmuş vəziyyəti diqqət çəkir.

Quba-Qrız turizm marşrutunun üzərində yerləşən və turistlər üçün diqqət çəkən yerlər:

• Cümə məscidi;

• Səkinəxanım məscidi;

• “Qədim Quba” özəl xalçaçılıq müəssisəsi;

• Günbəzli hamam (Çuxur hamam);

• Hacı Cəfər məscidi;

• Ərdəbil məscidi;

• Quba Tarix-Diyarşünaslıq Muzeyi;

• Nizami parkı;

• 40 pilləkən;

• Tağlı körpü;

• Qırmızı qəsəbə;

• Quba Soyqırımı Memorial Kompleksi;

• Qəçrəş meşəsi;

• Minarə (Küsnətqazma kəndi);

• Qrız körpüsü;

• Əbu Müslim məscidi;

• Qurqur şəlaləsi;

• Babbey şəlaləsi;

• Pir Cəlal türbəsi;

• Məstdərgah dağı.

Quba-Afurca turizm marşrutu

Quba-Afurca turizm marşrutunun ümumi uzunluğu 35 kilometrdir. Afurca şəlaləsinə səfər, Təngəaltı kəndinin unikal təbiəti bu marşrutun əsas özəlliyidir.

Quba-Afurca turizm marşrutunun üzərində yerləşən və turistlər üçün diqqət çəkən yerlər:

• Azərbaycan Milli Qolf Klubu;

• I Nügədi kənd məscidi;

• Çənlibel gölü;

• A.Bakıxanovun ev muzeyi;

• Cümə məscidi(Püstəqasım kəndi);

• Afurca şəlaləsi;

• Təngəaltı kanyonu (Təngə dərəsi kanyonu);

• Qaçaq Mayıl mağarası.

Quba-Qırmızı qəsəbə turizm marşrutu

Quba-Qırmızı qəsəbə turizm marşrutunun ümumi uzunluğu 3 kilometrdir. Səyahət zamanı Qırmızı qəsəbədə yaşayan dağ yəhudilərinin tarixi, mədəniyyəti, mətbəxi ilə yaxından tanış olmaq olar.

Quba-Qırmızı qəsəbə turizm marşrutunun üzərində yerləşən və turistlər üçün diqqət çəkən yerlər;

• Cümə məscidi;

• Səkinəxanım məscidi;

• “Qədim Quba” özəl xalça müəssisəsi;

• Günbəzli hamam (Çuxur hamam);

• Hacı Cəfər məscidi;

• Ərdəbil məscidi;

• Quba Tarix-Diyarşünaslıq Muzeyi;

• Nizami parkı;

• 40 pilləkən;

• Tağlı körpü;

• Dağ Yəhudiləri Muzeyi;

• Giləki sinaqoqu;

• Altıgünbəz sinaqoqu;

• Mikva;

• Müqəddəs Kabbalist ravvin Qurşumun qəbri.

Qeyd edək ki, bu turizm marşrutları Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən müəyyənləşdirilib.