Atiqsevənlər onun 32 yaşını Şəhidlər xiyabanında qeyd ediblər

176

Şəhidlər bizim qürurumuz, fəxrimiz, güvən yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır. Şəhid valideyinləri də həmişə istəyirlər ki, onların övladları unudulmasın, yad edilsin, həmişə xatirələrdə yaşasınlar. Şəhid Atiq Ariz oğlu İbrahimovu tanıyanlar onunla duyduqlarını deyirlər. Bu gün  Atiqsevənlər onun 32 yaşını qeyd etmək üçün uyuduğu Şəhidlər xiyabanına toplaşıblar. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ruhuna dualar oxunub. Məktəblilər şeirlərlə şəhidi yad ediblər. Şəhidin anasının iş yoldaşları Mingəçevir şəhər Mərkəzi  Xəstəxanasının əməkdaşları şəhidin məzarı üstə əklil qoyaraq şəhid valideyinlərinə səbr diləyiblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev şəhidin ailə üzvülərinə icra başçısı İlham İsmayılovun adından səbrlər diləyib.

Qeyd edək ki, Atiq İbrahimov işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarından sonra könüllü kimi cəbhəyə yollanıb və düşmənə qan uddurub. Cəbrayıl, Suqovuşan, Ağdərə, Talış uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 16-da şəhid olub. Atiq İbrahimov ölümündən sonra “Vətən uğrunda“, ”Cəsur döyüşçü”, ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir