İcra Hakimiyyətinin başçısı sakinləri əmin etdi ki…

46

Az.Dres qəsəbəsində nümunəvi məhəllələrdən biri də Cəmil Əliyev küçəsi 7 nömrəli binanın qarşısındakı çoxsaylı binaların ərazisində yaradılacaq.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə məhəllədə abadlıq-quruculuq işlərinə start verilib. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, bütün bu  işlər  Prezidenimiz İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirlir. Şəhər İcra Hakimiyyətinin tərtib edilmiş tədbrilər planına əsasən burada 6 bina mənzil fondu, 5 bina isə mənzil təsərrüfatı fondu hesabına əsaslı təmir olunub qaydaya salınacaq. Yəni yaşayış binaları tam təmir olunmaqla yanaşı qaz, su, işıq, telefon, internet, kanalizasiya sahəsində mövcud olan digər problemlərində həllini tapacaq. Sakinlərin arzu və istəklərinə uyğun olaraq ərazidə istirahət guşələri də yaradılacaq, əyləncə vasitələri quraşdırılacaq, oturacaqar və söhbətgahlar qoyulacaq. Məqsəd insanların rahatlığını tam təmin etməkdir.

Sakinlər həyata keçirilən layihələri razılıq hissi ilə qarşılayıblar. Onlar həmçinin bu və digər məsələlərlə bağlı icra başçısına suallar da ünvanlayıblar.  Şəhər İcra Hakimiyyətinin başçısı sakinləri əmin edib ki, qaldırılan məsələlər qısa müddətdə nəzarətə götürülərək həllini tapacaq.

 

Esmira Hidayətova, Mingəçevir