Mingəçevirdə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri”ndən danışılıb

63

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.

 

Tədbirdə Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri, Mingəçevir ŞİHB yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, DTX şəhər şöbəsinin əməkdaşı Murad Mahmudov, rəsmi din xadimləri, müxtəlif məzhəb və təriqətlərin fəal dindarları və Gənclər Evinin könüllüləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə mənfi təsiri haqqında geniş məlumat verərək, yad dini-ideoloji qüvvələr tərəfindən cəmiyyət daxilində dini məzhəbçilik toxumunun səpilməsinin qarşısının alınmasında, həmçinin  milli birliyimizə və dini təhlükəsizliyimizə qarşı yönələn fəaliyyətlə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə mövzu ətrafında çıxış edən Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı,  Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, “Heydər” məscidinin imam müavinləri Bəhruz Əhmədov və Müşfiq Nəcəfov hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən milli birliyin möhkəmlənməsi, adət-ənənələrin qorunması, milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar. İkinci Qarabağ müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də xüsusi rol oynadığı bildiriilb. Dini məzhəbçilik meyillədən qorunmanın və dini təhlükəsizliyim təminatında dini maarifləndirmənin müstəsna rolu qeyd edilib.

Seminarın sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir