152 min adam dağıntılar altında qalıb

İndoneziyanın Mərkəzi Sulavesi vilayətində baş vermiş zəlzələ və sunami nəticəsində 152 mindən çox adam dağıntılar altında qalır. Bunu İndoneziyanın Xarici İşlər Nazirliyinin İnformasiya və KİV-lə iş üzrə departamentinin rəhbəri Əhməd Ramadan deyib.
O bildirib: “Biz hesab edirik ki, azı 152 min sakin vilayətin rayonlarında evlərin, məkanların dağılmasından sonra diri-diri basdırılmış vəziyyətdə qalıb. Ə. Ramadan qeyd edib ki, təbii fəlakətlər nəticəsində 65,7 min ev dağılıb.
Xatırladaq ki, sentyabrın 28-də İndoneziyada 7,4 bal gücündə zəlzələ baş verib, ardından 5-7 metr hündürlüyündə sunami əmələ gəlib. Son məlumata görə, 1648 nəfər həlak olub, 2,5 mindən çox adam yaralanıb, 70 mindən çox sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.