“Qarabağ” qələbə qazandı…

36

Aprelin 20-də futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Günün ilk matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Asif Məmmədov hesabı açıb. Matçın 16-cı dəqiqəsində İsmayıl İbrahimli bərabərlik qolunu vurub. Qarşılaşmanın 87-ci dəqiqəsində İbrahima Vadji Ağdam təmsilçisini önə keçirib. Oyunun 90+3-cü dəqiqəsində isə Kadi Borges penaltidən fərqlənib.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin digər oyunuda “Neftçi” “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.