Məzun olduğu məktəbdə şəhidin mövlud günü qeyd edilib

261

 

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində şəhid olmuş çavuş, 2 övlad atası  Cəfərov Anar Müstəqim oğlunun bu gün mövlud günüdür. Bu münasibətlə onun məzun olduğu təhsil ocağında – Yevlax rayonundakı şəhid Vasif  Mövsümov adına Gülövşə kənd tam orta məktəbdə tədbir keçirilib.  Tədbirdən öncə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Şəhidlərin ruhuna düalar oxunub.

Məktəbin hazırladığı tədbirdə şəhid ailələri, şəhidin ailə üzvüləri, qazilər, şəhidin hərbiçi yoldaşları, kənd ağsaqqalları, məktəbin direktoru və məktəblilər çıxış edərək şəhidin həyat və döyüş yolundan bəhs edib, şəhidə ithaf olunan şeirlər şair Bəhman Gülövşəli və Allahverdi Gülövşəlinin ifasında  səslənib. Çıxış edənlər, həmçinin  qeyd ediblər ki, bu gün şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına Qarabağımız azaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacaq.  Şəhidin 8 yaşlı oğlu və 5 yaşlı qızı Vətənə əmanətdir, dövlətimiz hər zaman onların yanında olub və bundan sonrada bu missiya davam edəcəkdir.

 

Tədbirdən sonra şəhidin uyduğu kənd qəbiristanlığına yürüş təşkil edilib. Yürüşdə Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının sədri, Yevlax şəhər təhsil şöbəsinin əməkdaşıları da iştirak ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ev ziyarət olunub.  Şəhidin adına ehsan verilib.

Qeyd edək ki,Gülövşə kəndinin 8 şəhidi var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Esmira Hidayətova, Yevlax