51 yeni yoluxma faktı qeydə alınıb

34

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 76 nəfər müalicə olunaraq sağalıb, 51 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 335 min 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 870 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib. Aktiv xəstə sayı 841 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 706 min 51 test aparılıb. Bugünkü test sayı isə 7879-dur.