Xocalı

315

 

 Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Dünyanın üzündə ləkəsən – qara,

Sinəmdə qan verən sağalmaz yara.

Yaradan çəkəcək baisi dara,

Xocalı!

 

Aldı tüfəngimi “yan”a top verən,

Quduz tamahına haray, hop verən,

Köhnə baltasına təzə sap verən,

Xocalı!

 

Gəzdi qucaqlarda yalanın ağı,

Viranə qoydular bağçanı, bağı,

Qəhərdən əridi gözümün yağı,

Xocalı!

 

Biz ölüb dirildik, öldürən ağlar,

Tülkünü aslana güldürən ağlar,

Qatilin əlinə gül verən ağlar,

Xocalı!

 

Qoy düşmən utansın salıb yadına,

Qıydı uşaqlara, qoca, qadına.

Bir uca zirvəsən şəhid adına,

Xocalı!

Rahib Alpanlı

  1. 02. 2022