5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

0
35

Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarında giriş-çıxış bərpa olunub.

Qeyd edək ki, bu gündən  ölkə ərazisində bir sıra iş və xidmətlərin fəaliyyətinə icazə verilib.

 

Qərara əsasən, ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) bərpa olunacaq. Bərbərxanalar, gözəllik salonları fəaliyyət göstərməyə başlayacaq, muzeylər və sərgi zalları açılacaq. Həmçinin şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək.