Finlandiya Danimarkanı, Belçika Rusiyanı məğlub edib

55

İyunun 12-də futbol üzrə Avropa çempionatının B qrupunda birinci turun oyunlarına start verilib. Kopenhagendəki “Parken” stadionunda keçirilən görüşdə Danimarka və Finlandiya komandaları qarşılaşıb.

Birinci hissəsinin sonlarında danimarkalı futbolçu Kristian Eriksenin huşunu itirməsi səbəbindən oyun bir müddət dayandırılıb.

Finlandiya seçməsi 60-cı dəqiqədə hesabı açıb. Yere Uronenin cinah ötürməsindən sonra Yoel Paxyanpalo qapıya dəqiq baş zərbəsi endirib.

Qarşılaşmanın 74-cü dəqiqəsində Finlandiya komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub, lakin Pyer Xeyberq bu şansı əldən verib.

Beləliklə oyun 1:0 hesabı ilə Finlandiyanın xeyrinə başa çatıb.

Sankt-Peterburqda keçirilən görüşdə isə Belçika və Rusiya komandaları qarşılaşıb. Oyun 3:0 hesabı ilə Belçika komandasının xeyrinə başa çatıb. Qolları Romelu Lukaku (10-cu və 88-ci dəqiqə) və Tomas Muniyer (34-cü dəqiqə) vurublar.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.