Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranmasının 100 illiyi qeyd olunub

137

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranmasının                                       100 illik yubileyi münasibəti ilə  təqdimetmə mərasimi olub.                                                                                                  

Mingəçevir Təbiət -Riyaziyyat  və Humanitar Elmlər Təmayüllü  Liseydə keçirilən tədbirdə  İlk növbədə  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranmasının 100 illik yubileyi münasibəti ilə bütün təhsil işçilərini təbrik edilib.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsininsədri Həqiqət Şahmuradova çıxış edərək qeyd etmişdir ki,  dövlətimiz tərəfindən həmkarlar təşkilatlarının sərbəst fəaliyyət göstərə bilməsi üçün münbit şərait yaradılmış, ittifaq üzvlərinin sosial təminatının gücləndirilməsi sahəsində mühüm işlər həyata keçirilmişdi: ”Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı da bu  şəraitdən bəhrələnərək son illərdə öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərinin müdafiəsi ilə bağlı mühüm işlər görmüşdür.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 1920-ci ilin iyun ayının 9-da yaradılıb və yarandığı vaxtdan bu günə kimi müəllimlərin, təhsil sahəsində çalışan əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərin təşkilində çox böyük xidmətləri olub.

Qeyd etdiyim kimi, təşkilatımız təhsilimizin inkişafına öz töhfələrini verən, öz potensialını gənc nəslin təlim-tərbiyəsinə, savadlı, vətənpərvər, layiqli vətəndaşlar kimi yetişməsinə həsr edən, bu ağır yükü çiyinlərində şərəflə daşıyan pedaqoji ictimaiyyətə, təhsil sahəsində çalışan insanlara diqqət və qayğısını heç vaxt əsirgəməyib və əsirgəməyəcəkdir.

Bu gün yubileylə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti Mingəçevir şəhəri üzrə 25 nəfər fəal ittifaq üzvünün  kollektivinə göstərdiyi xidmətlərinə, səmərəli pedaqoji fəaliyyətinə və                 100 illik yubiley münasibətilə   “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə təltif etmişdir.

Buna görə mən həm öz adımdan, həm də komitə adından Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Səttar Möhbalıyevə dərin təşəkkürümü bildirir, ona uzun ömür, can sağlığı arzulayır, gələcək işlərində müvəffəqiyyətlər arzulayıram. Bu münasibətlə hər birinizi təbrik edir, fəaliyyətinizdə  uğurlar arzulayıram”.

Daha sonra ATİ AHİ-nin yaranmasının 100 illik yubileyi münasibətilə                                                                                                                                    təltifə Migəçevir şəhər komitəsinin xidmətində olan                                                                                                                     təhsil müəssisələrində çalışan fəal ittifaq üzvlərinə medallar təqdim edilib.

Esmira Hidayətova , Mingəçevir