Polis mayoru: “Biz də çalışırıq ki…”

Mingəçevirə də qar yağıb. Bununla bağlı belə bir hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi yol polisindən çox böyük təcrübə və məsuliyyət tələb edir.  Mingəçevir Şəhər Polis Şöbəsinin  Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru  Cəmşid Abbasov  saytımıza verdiyi açıqlamasında bildirib ki, Mingəçevirə axşamdan yağan qarın  nəticələrini aradan qaldırmaq üçün  gücləndirilmiş iş rejimində çalışmışıq: “Təbii ki, belə bir şəraitdə xidmət aparmaq, hərəkətin təhlükəsizliyini təmin etmək hər bir yol polisindən yüksək peşəkarlıq və işə vicdanlı münasibət tələb edir. Biz də çalışırıq ki, heç bir məsuliyyətsizliyə yol verməyək. Əməkdaşlarımız demək olar ki, var qüvvələri ilə çalışıblar. Yolda qalan bir neçə avtomobilə və sərnişinlərə kömək olunub. Heç bir yol nəqliyyat hadisəsi baş verməyib. Avtomobil yollarına qum səpilib”.

Esmira Hidayətova, Mingəçevir