Fədakar sürücünün ağır anları…

0
264

Qəhhrəman Azərbaycan Ordusunun cəbhədə vətən savaşı verdiyi dönəm  ərzində  insanlar yollarda   yüksək səs siqnalları ilə hərəkət edən təcili tibbi yardım xidməti maşınlarını həyəcanla izləməyə adət etmişdi. Onsuz da adi günlərdə belə bu xidmətə məxsus ambulansların hərəkəitnə yollarda anlayış göstərən  digər nəqliyyat vasitələrinin sürücüləri və piyadalar  etiraf etmək lazımdır ki, müharibənin odlu –alovlu günlərində ikiqat ehtiram nümayiş etdirirdi. Çünkü hər kəs  həmin maşınlarda cəbhədən yaralı əsgər və şəhid döyüşçülərin daşındığını yaxşı bilirdi. Bu mənada əksəriyyət  yüksəs səs siqnalları ilə şütüyən  amulanslara nəinki canfəşanlıqla yol verir, hətta əksər  hallarda  onları əsgər salamı ilə salamlayırdı. Bu sahədə daha çox zəhməti və xidmətləri olan ambulans sürücülərindən biri də Mingəçevir Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı  Xəyal Məmmədovdur. Xəyal bu gün də həmin günlərdən  danışarkən insanların çətin günlərdə döyüşən əsgərlərlə yanaşı yorulmadan əsgərlərin həyatı üçün mücadilə verən ağ xalatlılara insanların əsl sevgi və vətənpərvərlik münasibəti nümayiş etdirdiyini  deyir:

“Əlbəttə, bütün bu proseslərin içində olmaq, həmin həyəcanı yaşamaq, bir yaralını  qurtarmaq üçün  təcili tibb müəssisəsinə çatdırmaq  qürurverici xatirələrdir. Bəzən  hərəkətdə olarkən insan hər şeyi unudur, hətta onu gözləyən potensial təhlüküəni belə, təki əsgərim yaşasın, ölməsin xəstəxanaya ya hospitala çatsın. Yüksək sürət yollarda təhlükə yaratmaqla yanaşı həm də daim düşümənin hədəf aldığı bölgədə hərəkətdə olmaq həkim briqadasının həyatını da risk altına alırdı.”

Qeyd edək ki, 33 yaşlı Xəyal Məmmədov 10 ildir ki, ambulans sürücüsüdür. Özünün etirafına görə, bu on ilin iki dönəmi onun üçün xüsusilə yaddaqalandır. 2016-cı ilin aprel döyüşüşlərində idarə etdiyi təcili yardım avtomobili ilə cəbhə xəttində fəal iştirakı və  sonuncu 44 günlük Zəfər yürüşündə bir vətənpərvər və cəsarətli sürücü kimi  ortaya qoyduğu fədakarlıq: “Hadisələr göstərdi ki, düşmən üçün təmas xətti anlayışı mövcud deyildi. Hər yerə atırdılar. Mənim hərəkət marşrutum isə əsasən Tərtər bölgəsini əhatə etdiyi üçün daha təhlükəli idi. Məlum olduğu kimi buralar daha çox atəşə məruz qalan ərazilərdən biri idi. Dəfələrlə atəş altında hərəkət etmək zorunda qalmışam. Hətta bir dəfə yaxınlığa düşən mərminin təsirindən ambulanım o qədər sağa sola silkələndi ki, az qala  bütün heyətlə birgə aşacaqdıq. Nə yaxşı ki, sayıqlıq göstərib ən çətın anda belə idarəetməni itirmədim.”

Xəyal Məmmədov həm Aprel döyüşlərində, həm də son  Vətən müharibəsində cəbhənin demək olar əksər istiqamətləri üzrə hərəkət edib. O cümlədən Bərdənin vurulduğu zamanda yaralıların daşınmasında fəallıq göstərib. Amma özünün də etirf etdiyiyi kimi, onun üçün ən ağır anlar maşında şəhid daşıdığı anlar olub: “Hər şəhidi gətirəndə elə bilirdim ən əziz adamımı itirmişəm. Xüsusilə də həmin şəhidləri müəyyən proseslərdən sonra doğmalarının ünvanına çatdırdığım an keçirdiyim hissləri ifadə etməyə çətinlik çəkirəm…Etiraf edim ki , biz heç zaman nə etsək də,  o qəhrəmanların borcundan çıxa bilmərik.”

Xəyal həmin  ağır günlərdə bərabər yollarda olduqlari bütün tibb heyətinin fədakarlığından ağız dolusu danışır. Həkim, tibb bacısı sürücü fərqi yoxdur. Hər birinin xüsusi əməyi və zəhməti olub deyir. Bir də sözarası sürücü həmkarı Mübariz Abbasovun adını çəkir.Maraq götərib nədənini soruşarkən Mübariz təcrübəli ambulans sürücüs Çünki Vətən müharibəsi günlərində onun da xidmətləri daha çox olub.

Esmira Hidayətova, Mingəçevir