Vətən müharibəsi iştirakçıları şəhidləri yad ediblər

0
281

Bu gün mingəçevirli Vətən müharibəsi  döyüşçüləri Mingəçevir Şəhidlər Xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad ediblər.

Əvvəlcə şəhidlərin məzarı önündə onların ruhuna dualar oxunub. Daha sonra Vətən müharibəsində şəhid olan hər bir şəhidin məzarı üstünə tər çiçəklər düzüblər. Qazi yoldaşları onları anaraq azad olunmuş torpaqlarımızda Azərbaycanın üç rəngli bayraqlarının dalğalandığını, onların  qisasınızı erməni terrorçularından aldıqlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir