45 qəzet bağlanıb

0
429

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb. Bu barədə “Milliyet” qəzeti xəbər verib. Məlumata görə, “Cihan”, “Müxbir” və “SEM” xəbər agentliklərinin fəaliyyəti dayandırlıb. Yayımı dayandırılan telekanallar isə bunlardır: “Barış”, “Bugün”, “Can Ərzincan”, “Dünya”, “Hira”, “İrmak”, “Kanal 124”, “Kanaltürk”, “MC”, “Mehtap”, “Merkür”, “Samanyolu Xəbər”, “Samanyolu”, “SRT”, “Tuna Şoppinq”, “Yumurcaq”.