4212 nəfər COVID-19-a yoluxub, 1760 nəfər sağalıb

0
38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 114 min 25 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 min 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 011 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 700 min 654 test aparılıb. Bugünkü test sayı isə 18 420-dir.