412 nəfər koronavirusa yoluxub

46

Bu gün ölkəmizdə aparılan 11 min 381 test nəticəsində məlum olub ki, 412 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bununla da COVID-19-a yoluxanların ümumi sayı 340 min 57 nəfər təşkil edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, 125 nəfərin müalicə olunaraq koronavirusdan sağalması nəticəsində ümumi sağalanların sayı 331 min 907 nəfərə yüksəlib.

Bu gün infeksiiyadan dünyasını dəyişən olmayıb.