40 nəfərdən 33-ü şərti azadlığa buraxılıb

470

Batumidə baş verən qarışıqlıqlar nəticəsində həbs edilən 40 nəfərdən 33-ü şərti azadlığa buraxılıb. Bu barədə mətbuata açıqlamasında Gürcüstan Daxili işlər naziri Georgi Mqebrişvili deyib. Onun sözlərinə görə, baş verən qarışıqlılqarın əsas təşkilatçılarından olan 7 nəfərə qarşı cinayət işi açılıb: “Həbs edilən 40 nəfərdən 33-ü ölkəni tərk etməmək şərti ilə azad edilib. Lakin Batumi qarışıqlıqlarının təşkilatçıları olan 7 nəfərə qarşı cinayət işi başladılıb. Onlar xalqı küçəyə çıxmağa təhrik etdiklərinə və qanun-qaydaları pozduqlarına görə hökmən cəzalandırılacaqlar”.

Xatırladaq ki, şənbə günü axşam Batumidə maşını düzgün yerdə parkovka etmədiyinə görə cərimə edilən sürücü ilə polis arasında əlbəyaxa çəkişmə olub. Sürücünü müdafiə edən əhali küçələrə çıxaraq yerli polis şefinin istefasını tələb edib. Bu isə hüquq-mühafizə orqanları əməkdaşları ilə əhali arasında toqquşmalara yol açıb.