39 nəfərin ölümü ilə nəticələnmiş terrorda şübhəli bilinən 8 nəfər saxlanılıb

395

İstanbulda “Reina” gecə klubuna hücum etməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə “Daily Sabah” Türkiyə Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Təkcə son bir həftə ərzində Türkiyədə İŞİD-lə əlaqəli olan onlarla adam saxlanılıb. Türkiyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir ki, saxlanılan 147 nəfərdən 35-i həbs edilib.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.