“Qarabağ”la “Neftçi” liderliyi bölüşür

334

Martın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna yekun vurulub. Turun sonuncu matçında “Keşlə” çempion “Qarabağ”ı qəbul edib.

Matç Ağdam təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu 16-cı dəqiqədə Araz Abdullayev vurub.

Bu nəticədən sonra “Qarabağ” 41 xalla “Neftçi” ilə liderliyi bölüşür. Son iki pillədə qərarlaşan “Keşlə” və “Sumqayıt”ın 16 xalı var.

Xatırladaq ki, ilk oyun günüdə “Neftçi”i evdə “Sabah”ı üç cavabsız qolla məğlub etdiyi halda, “Səbail” – “Sumqayıt” duelində qalib müəyyənləşməyib – 0:0. Bu gün keçirilən “Zirə” və “Qəbələ” komandalarının görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.