33-ə çatdı…

0
579

Bakı-2015 I Avropa Oyunlarının IX günündə 17 dəst medalın sahibi müəyyənləşib. İyunun 20-də hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 33-ə çatıb.

 

İlk 9 gündən sonra Azərbaycan 14 qızıl, 6 gümüş, 13 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

 

Bu siyahının lideri Rusiyadı. Bu gün daha 9 medal əldə edən şimal qonşularımız izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabında 59 mükafat olan rusiyalıların medallarından 29-u qızıl, 17-si gümüş, 13-ü bürüncdü.

 

Üçüncü pillədə isə dəyişiklik olub. Bu gün aktivinə 2 qızıl, 2 gümüş, 1 bürünc medal yazdıran Almaniya komanda hesabında 3-cü sıraya yüksəlib. Günü medalsız başa vuran Macarıstan nəinki 3-cülüyü əldən verib, hətta 6-cı pilləyə enib.

 

Ən diqqətçəkən yüksəlişi İsveçrə edib. İsveçrə millisi 4 qızıl, 1 bürünc medal qazanaraq, 5-ci sıraya qədər irəliləyib.

 

Bu gün həmçinin medal qazanan ölkələrin sırasına daha biri qoşulub. Gimnastikada bir “qızıl” qazanan Sloveniya 38-ci medalçı komanda olub.

 

Qeyd edək ki, Bakı-2015-in ilk 9 günündə ümumilikdə 377 – 115 qızıl, 115 gümüş, 147 bürünc medalın sahibi müəyyənləşib. 38 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 23-ü çempionluq sevinci yaşayıb.

 

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 29 17 13 59
2 Azərbaycan 14 6 13 33
3 Almaniya 8 9 9 26
4 Belarus 7 4 12 23
5 İsveçrə 7 4 2 13
6 Macarıstan 7 2 5 14
7 Serbiya 6 4 0 10
8 Böyük Britaniya 6 2 5 13
9 Türkiyə 5 3 15 23
10 İspaniya 4 7 5 16
11 Ukrayna 4 6 12 22
12 İtaliya 3 8 3 14
13 Hollandiya 3 5 7 15
14 Fransa 3 4 4 11
15 Portuqaliya 2 4 1 7
16 Polşa 1 5 5 11
17 Xorvatiya 1 2 5 8
18 Slovakiya 1 2 2 5
19 Yunanıstan 1 2 1 4
20 İsveç 1 1 3 5
21 Belçika 1 1 1 3
22 Litva 1 0 1 2
23 Sloveniya 1 0 0 1
24 Avstriya 0 5 3 8
25 Gürcüstan 0 3 3 6
26 Bolqarıstan 0 2 3 5
27 Rumıniya 0 2 2 4
28 İsrail 0 2 1 3
29-30 Çexiya 0 1 2 3
  Moldova 0 1 2 3
31 San Marino 0 1 1 2
32 Ermənistan 0 1 0 1
33 Makedoniya 0 0 2 2
34-38 Danimarka 0 0 1 1
  Estoniya 0 0 1 1
  Latviya 0 0 1 1
  Monteneqro 0 0 1 1
  Norveç 0 0 1 1

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here