30-cu dəfə…

0
273

Futbol üzrə İspaniya kubokunda final oyunu keçirilib. Madriddəki “Vanda Metroplitano” stadionunda keçirilən qarşılaşmada “Barselona” və “Sevilya” üz-üzə gəlib. Kataloniya təmsilçisinin aşkar üstünlüyü ilə keçən görüşdə barselonalılar 5:0 hesabı ilə qalib gəlib. Bununla da “Barselona” klubu tarixində 30-cu dəfə İspaniya kubokunu qazanıb.

Qarşılaşmanın 14-cü dəqiqəsində Luis Suares hesabı açıb – 1:0. Matçın 31-ci dəqiqəsində Leonel Messi hesabı ikiyə çatdırıb – 2:0. Fasiləyə beş dəqiqə qalmış Luis Suares özünün ikinci, komandasının isə üçüncü topunu vurub – 3:0. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra “katalonya”lılar hesab arasındakı, fərqi dörd topa çatdırıblar – 4:0. Oyunun 69-cu dəqiqəsində hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Coutinyo dəqiq yerinə yetirib. Görüş “Barselona”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.