“Qarabağ” “Sabah”ı məğlub edib

327

Dünən Azərbaycan Premyer Liqasında VI turun oyunlarına start verilib. “Qarabağ” səfərdə “Sabah”ın qonağı olub. İlk hissədə “Qarabağ” bir neçə dəfə fərqlənməyə yaxın olsa da, hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində Filip Ozobiçin penalti zərbəsini rəqib qapıçı dəf edib. “Qarabağ” istəyinə 82-ci dəqiqədə çatıb. Ozobiçin ötürməsini Miçel başla dəqiq tamamlayıb. Matçın 89-cu dəqiqəsində isə Emeqara qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq yekun hesabı müəyyənləşdirib. “Qarabağ” səfərdə 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, altıncı turun açılış matçında “Neftçi” “Səbail” klubunun qapısından dörd cavabsız top keçirib.