“Qarabağ”ımız – BATE 0:1

0
438

Avqustun 7-də futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Belarusun BATE (Borisov) komandası ilə qarşılaşıb. Oyunun 36-cı dəqiqəsində BATE-nin heyətində Stanislav Draqun adını tabloya yazdırıb – 0:1. İlk hissə bu hesabla başa çatıb.

 

Fasilədən sonra “Qarabağ” hesabı dəyişmək üçün irəli atılsa da, ağdamlıların cəhdləri nəticəsiz qalıb.

Beləliklə, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün üçüncü təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Belarusun BATE komandasına uduzaraq növbəti mərhələ şansını cavab görüşünə saxlayıb. Cavab qarşılaşması avqustun 14-də oynanılacaq.

Qeyd edək ki, bu mərhələnin qalibi Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

7 avqust

Çempionlar Liqası 

3-cü təsnifat mərhələsinin ilk oyun

21:00. “Qarabağ” (Azərbaycan) – BATE (Belarus) – 0:1
Qol: Draqun, 36
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu