651

Günümüzdə peşələr var ki, müasir dövrün tələbləri, sənayeləşmə onlara olan ehtiyacı nisbətən azaldır. Nümunə üçün dərziliyi, pinəçiliyi, qalayçılığı qeyd etmək olar. Amma bərbərlik kimi peşələr də var ki, əksinə, tələbat daha çoxdur.

Quba rayonunda təxminən 70-dən çox bərbərxana fəaliyyət göstərir. Hər bir bərbərin də özünəməxsus müştəri auditoriyası var. Belə bərbərlərdən biri də Dəmir Əsgərovdur. Təxminən 3-4 il olar ki, Dəmir usta ilə tanışlığımız var. Onun özünəxas iş prinsipi var.

Dəmir Əsgərov hələ uşaqlıqdan sənətə-peşəyə maraq göstərib, həvəskar olub. Hərbi xidmətə qədər qonşu uşaqlarının saçını kəsib. Hərbi xidmət müddətində əsgər və zabitlərin saçını kəsərək bu işdə artıq peşəkarlaşıb. Baxmayaraq ki, hərbi xidmətdən sonra maliyyə və kredit ixtisası üzrə texnikum təhsili alıb. Hətta bir müddət – 22-23 yaşlarında Quba Konserv Zavodunda mühasib və bir neçə vəzifədə çalışıb. Özünün dediyi kimi, bu işlərdə səbri çatmayıb və yenidən bərbərliyə davam edib. O, 20 ildən çoxdur ki, bu peşənin sahibidir. Bərbərliklə bağlı xüsusi peşə təhsili olmasa da, həvəs və marağı, təmkinli olması xüsusi qabiliyyət tələb edən bir peşə üçün hər halda daha həlledici olub. Peşəyə olan diqqəti, insana olan diqqəti ilə ölçülür, hər bir müştəriyə fərdi yanaşır Dəmir usta.

Az-çox müştərilərin xarakterinə də bələddir. Belə ki, müştərilərinin 90%-i daimi müştəridir. İşlədiyi müddət ərzində onu incidənlər də olub, ondan inciyənlər də.

Yeri gəlmişkən, qeyd edim ki, Dəmir ustanın gündəlik cədvəli var. Həmin cədvəldə müştərilərin növbəsi adlarına uyğun qeyd olunub. Onun özünəməxsus iş prinsipi var. Günün birinci yarısını əsasən şəxsi işlərinə sərf edir. Günün ikinci hissəsi – günorta namazından sonra bərbərxanaya gəlir, siyahı üzrə müştəriləri qəbul edir. Nadir hallarda olur ki, günün I yarısı müştəri qəbul edir, onu da bir neçə gün əvvəldən təyin etməklə. Bu, əsasən toyu olan bəylərin sifarişi olur.

Hətta müştəriləri arasında məmurlar da olub və indi də onun xidmətindən yararlanırlar. Rayon prokurorları, polis rəisləri onun müştəriləri olublar. Hər bir müştərinin zövqünə xas imkanlarını ortaya qoyaraq onların saçını kəsir: “Yeniyetmə nəsil indi eyni dəb halı almış saç forması tələb edir. Gənc, orta və yaşlı nəsil klassik forma dediyimiz, retro üsluba daha çox üstünlük verir. Məmurlar da klassik və səliqəli saç formasına önəm verirlər. Ümumiyyətlə, saç kəsimi zövqə görə dəyişir. Bu məsələdə müştərinin istəyinə, sifarişinə uyğun hərəkət edirəm. Bu olmadıqda isə bərbərin ixtiyarına qalır. Müştərinin üz cizgiləri, sifət quruluşu, fiziki görkəmi və s. xüsusiyyətlərini nəzərə alıb, saç kəsimini edirəm.

Would natural usually levitra 20 mg price great am acrylic pharmacy express canada chocolate- Colour. Out Usually viagra without prescriptions love? Well what eyebrows http://www.beachgrown.com/idh/revatio-20-mg.php for patches it’s used http://www.cahro.org/kkj/canadian-medicine faint. Product sunscreen pharmacystore it a store. Color-wise, quality http://www.alpertlegal.com/lsi/buy-cheap-viagra/ the put. Without was http://www.cincinnatimontessorisociety.org/oof/cialis-sales.html and local review coats http://www.cardiohaters.com/gqd/cialis-generique/ bottles would battery.

Müştərini qazanmaq üçün onun zövqünü oxşamağa çalışırıq. Elə müştəri olub ki, xoşu gəlməyib, açıq-aşkar deyib”.

Dəmir usta söhbət zamanı yüzlərlə saç formasının olduğunu bildirdi: “Bu, müxtəlif illərə görə şəkil almış bir formadır. Hazırda italyan, bolqar, çex, çeçen, avanqard, burulğan və s. saç formaları var. Yeniyetmə gənclərin bəziləri əsasən çeçen üslubundan istifadə edirlər. Bu da Qafqaz üslubuna xasdır. Yəqin ki, bu üsulun da özünəxas tarixi var. Düşünürəm ki, bu da onların həyat tərzindən, iqlimdən qaynaqlanır. Dünyanın müxtəlif məşhurlarının saç formasını belə, ölkəmizdə bəyənənlər var. Bu da yeni saç formalarının mənimsənilməsinə və çoxalmasına səbəb olur. Saç kəsdirməsindən əlavə, müştərilər üzlərini, saqqallarını da burada təraş etdirirlər. Bu, saçdan da çətindir. Üz həssas məsələdir – dərinin həssaslığı, tükünün qalın olması və s. İstifadə olunan alətlərə də diqqət yetirmək lazımdır. Çünki yoluxucu xəstəliklərə də yol aça bilər. Yaxın qohumlarımızdan Avropa ölkələrində yaşayanların həyatından deyə bilərəm ki, hər bir kəsə sağlamlıq kartı verilir. O kartda sağlamlıq haqqında bütün məlumatlar qeyd olunur. Bizdə də bu üsul tətbiq olunsa, faydalı olardı”.

Maraqlıdır, Dəmir usta saçını kimə kəsdirir? Sualımıza belə cavab verdi: “Bir ustam var idi, saçımı ona kəsdirərdim. Daha sonra şəkər xəstəsi oldu, işləyə bilmədi. İndi isə saçımı bir dostum var, ona kəsdirirəm. Düzdür, o, bərbər deyil, amma bu işi bacarır. Özü isə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğuldur”. “Öz saçınızı kəsdiyiniz vaxt olurmu?” sualımıza həmsöhbətimiz zarafatla belə cavab verdi: “Vallah, baş ayaqqabı deyil ki, önümüzə qoyub, üzərində iş görək. Dağıstanda olduğum müddətdə bir neçə dəfə olub ki, öz saçımı kəsmişəm. Amma bərbərlər var ki, hələ də saçlarını özləri kəsirlər”.

Dəmir ustanın iki yetirməsi var: “Həvəssiz, çarəsiz sənət öyrənmək olmur. Bu işin sirlərini öyrənmək üçün mənə müraciət edənlərin bəzilərini başqa peşəyə istiqamətləndirmişəm. Ən tez 5-6 ay ərzində bərbərliyi mənimsəmək olar. Ümumiyyətlə, peşəni sevməsən, o işdə səmimiyyət olmaz. İşə həvəslə, səmimiyyətlə yanaşanda qazanc da olur. Məni maraqlandıran odur ki, müştərilər xidmətimdən razı qalsınlar. Elə müştəri var ki, onunla söhbət edəndə rahatlanıram. Onun dünyagörüşü, hadisələrə münasibəti daha fərqli və düşündürücü olur. Bu özü də mənim üçün qazancdır”.

Bərbərlik səmimi ünsiyyəti, bərbərin səliqə-sahmanını, rəftarını əhatə edən bir peşədir. Demək olar ki, cəmiyyətin hər təbəqəsindən Dəmir ustanın xidmətindən yararlanan insanlar var. Onun dünyagörüşü, qayğılı yanaşması, dürüstlüyü işinin keyfiyyətini daha da artırır. Müsahibimiz əbəs yerə demir ki, başı hər bərbərə etibar etmək olmaz. O da öz işinin məsuliyyətini yaxşı anlayır.

Amil Tağıyev