Böyük Britaniyanın Bakıdakı  Səfirliyinin nümayəndəsi Mingəçevirdə olub

0
367

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iyulun 16-da Böyük Britaniyanın Bakıdakı  Səfirliyinin Siyasi şöbəsinin müdiri və vitse konsulu Ceyms Holderi qəbul edib.

Qonaq Azərbaycandakı fəaliyyəti barədə danışıb və bildirib ki, Bakıdan kənara çıxmaqda məqsədi bölgələrin həyatı, iqtisadi vəziyyəti barədə ətraflı bilgilər almaqdır. O, həm də əlavə edib  ki,  iki il əvvəl Britaniyanın Milli Günü  qeyd  ediləndə onlara Mingəçevirdən avarçəkmə qayıqlarını göndərmişdilər.

Başçı qonağa Mingəçevirin keçmişi və bu günündən, əhali tərkibindən, iqtisadiyyatından köhnə və yeni sənaye müəssisələrindən, xüsusən Sənaye Parkının birinci növbəsinin işə salınmasından, 1200 nəfərin çalışdığı  enerji sektorundan,   “Asan” həyat kompleksinin və “Kür” Olimpiya Avarçəkmə Bazasının fəaliyyətindən, bütövlükdə şəhərin turizm potensialından, pilot layihə olan icbari tibbi sığortadan söz açıb.

Rəsmi görüşdən səfirliyin nümayəndəsi şəhərin bir sıra müəssisələrinin fəaliyyətilə tanış olub.

Esmira Hidayətova, Mingəçevir