27-ci dəfə “Kral kuboku”nu aldı

0
466

İspaniya Kral Kubokunun final qarşılaşması baş tutub. Finalda “Atletik” (Bilbao) və “Barselona” komandaları üz-üzə gəlib. “Nou Kamp” stadionunda baş tutan qarşılaşmada 3:1 hesablı qələbə qazanan “Barselona” tarixində 27-ci dəfə “Kral kuboku”nun qalibi olub. Katalonlar eyni zamanda, bu mövsüm ikinci titulunu rəsmiləşdirib. İspaniya çempionluğunun ardından kuboku da qazanan Luis Enrikenin yetirmələri “qızıl dubl” edib.

İspaniya Kral Kuboku, final

“Atletik” (Bilbao) – “Barselona” – 1:3

Qollar: Villiams, 79 – Messi, 20, 74, Neymar, 36

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here