2595 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1073 nəfər müalicə olunaraq sağalıb, 2595 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 276 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 244 min 540 nəfər müalicə olunaraq sağalıb, 3780 nəfər vəfat edib. Aktiv xəstə sayı 28144 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 963 min 12 test aparılıb. Bugünkü test sayı isə 14593-dür.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı isə 1 milyon 25 min 790-na bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 639 min 463, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 386 min 327 nəfərdir.