“21:15 qatarı”nın premyerası olacaq

469

Aprelin 15-də Akademik Milli Dram TeatrındaToyqun Orbayın pyesi əsasında hazırlanmış “2115 qatarı”tamaşasının premyerası keçiriləcək.

Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və KalmıkiyaRespublikalarının  Əməkdarİncəsənət XadimiBəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada Xalq Artist, Dövlət mükafatılaureatı Hacı İsmayılov (Vağzal məmuru), Xalq Artisi Nurəddin Mehdixanlı (Kişi), Əməkdar Artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev(Yaşlı Kişi)çıxış edirlər.

75 dəqiqə davam edəcək tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

Toyqun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində də fəaliyyət göstərir. “Mat”, “Şərəfinə insanoğlu” və“2115 qatarı” pyeslərinin müəllifidir.

Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.

Müəllifin “2115 qatarı”birpərdəli pyesi 2002-ci ildə yazılıb. Akademik Milli Dram Teatrının tamaşası Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.