2050-ci ilədək dünya əhalisinin sayı təxminən 10 milyard insana çatacaq. Bu barədə BMT-nin araşdırılmasında deyilir. Araşdırmada deyilir ki, 2100-cü ildə isə Yer kürəsinin əhalisi 11 milyardı ötəcək: “Proqnozlara əsasən, növbəti 13 il ərzində dünya əhalisinin sayı 1 milyarddan çox artaraq 2030-cu ildə 8,6 milyarda çatacaq”. Qeyd edilir ki, planetimizdə insanların sayı əvvəlki dövrlərlə müqayisədə daha yavaş templə artır: “10 il əvvəl əhalinin illik artımı 1,24 faiz idisə, hazırda bu rəqəm 1,10 faizdir”. 2050-ci ilədək əsas artım Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyada gözlənilir. Hazırda dünyada təqribən 7,4 milyard insan yaşayır.
Son xəbərlər
5-ci dəfə keçirilən Bakı marafonunun qalibləri mükafatlandırılıb
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.
“Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu-2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda...